e50f8d27-8601-46b5-bfd4-b13bc326e6dc.jpg

“Səbail”in baş məşqçi postuna kim təyin olunacaq?

Baxış sayı: 110 dəfə baxılıb.

Ötən gün “Kəpəz”lə görüşdə 0:1 hesabı ilə məğlubiyyətin ardınca Şahin
Diniyevin istefası “Səbail” klubunun baş məşqçisi vəzifəsinin boş qalmasına
səbəb olub. Yerli mediada yayılan xəbərlərə görə, Bakı klubunu çalışdırmağa 3-4
namizədin adı hallansa da, siyahıya “Turan Tovuz”da köməkçi məşqçi vəzifəsində
çalışan Cavid Hüseynov başçılıq edir.

Cixisyolu.com xəbər verir ki, siyahıda “Kəpəz” klubunun sabiq baş məşqçiləri Adil
Şükürov və Tərlan Əhmədovun da adları hallanır.

Bu barədə Cixisyolu.com-a açıqlama verən Adil Şükürov klubdan təklif almadığını
bildirib.

“Yerli mediada oxuduğum xəbərlərə görə, “Səbail”i Cavid Hüseynov çalışdıracaq.
Mənə bu barədə heç bir təklif gəlməyib. Klub rəsmiləri ilə heç bir danışığım da
olmayıb. “Səbail”in icraçı direktoru Firuz Abdulla ilə danışıqlara başlamağımla
bağlı xəbərlər isə əsassızdır. Onunla yaxın günlərdə söhbətimiz olmayıb. Klub
rəsmiləri məni baş məşqçi vəzifəsində görmək istəsələr və hansısa bir təklif
gələrsə, dəyərləndirəcəyəm”, – deyə A.Şükürov bildirib.

Sonuncu iş yeri “Kəpəz” olan Tərlan Əhmədov da Cixisyolu.com-a açıqlamasında
indiyədək heç bir klubdan təklif almadığını bildirib.

“Kəpəz”dən ayrıldığım gündən bu yana heç bir klubdan təklif almamışam. Hətta
klub rəsmiləri ilə telefon danışıqlarım belə olmayıb. Gələcəkdə nə baş
verəcəyini bilmirəm, amma hazırda mənim hansısa bir klubu çalışdırmaqla bağlı
təklifim yoxdur”, – deyə Tərlan Əhmədov bildirib.

Source link