969d6594-4c09-4303-85e1-bf9188ccd1f5..jpg

“Səbail”in kapitanı bu həftə xəstəxanadan evə buraxılacaq

Baxış sayı: 502 dəfə baxılıb.

“Səbail”in kapitanı bu həftə xəstəxanadan evə buraxılacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Səbail”in futbolçusu Ağabala Ramazanov bu həftə xəstəxanadan evə buraxılacaq.

Bu barədə “Report”a paytaxt klubunun Media və Marketinq şöbəsinin rəhbəri
Rəşad Məmmədov məlumat verib.

Klub rəsmisinin sözlərinə görə, Azərbaycan Premyer Liqasının XII turunda
“Turan Tovuz”la keçirilən oyunda huşunu itirən kapitanın vəziyyəti artıq
yaxşıdır:

“Ağabala Ramazanov özünü çox yaxşı hiss edir. Artıq neçə gündür palataya
köçürülüb. Çox güman ki, 2-3 gündən sonra evə buraxılacaq. Həkimlər evdə də
onun üçün müalicə kursu tətbiq edəcəklər”.

O bildirib ki, hücumçunun məşqlərə başlayacağı tarix xəstəxananı tərk etdikdən
sonra qoyulacaq diaqnozdan asılı olacaq.

Qeyd edək ki, Ağabala Ramazanov “Turan Tovuz”la görüşün 45-ci dəqiqəsində
rəqiblə toqquşduqdan sonra yerə yıxılaraqhərəkətsiz qalıb
. Tibbi heyətin müdaxiləsindən sonra futbolçu
xəstəxanaya çatdırılıb. Qarşılaşma “Səbail”in 2:1 hesablı qələbəsi ilə
yekunlaşıb.

Source link