9ae02ee8-7030-4cb7-8e25-8520a78f3b12..jpg

“Səbail”in Rumıniya klubu ilə oyununun vaxtı müəyyənləşib

Baxış sayı: 542 dəfə baxılıb.

“Səbail”in Rumıniya klubu ilə oyununun vaxtı müəyyənləşib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Səbail”in Türkiyə toplanışı çərçivəsində Rumıniyanın “Universitatya Kluj”
klubuna qarşı keçirəcəyi yoxlama görüşünün vaxtı müəyyənləşib.

Cixisyolu.com xəbər verir ki, mövsümün ikinci yarısına Antalyada hazırlaşan
Azərbaycan təmsilçisi ilk sınağına yanvarın 12-də çıxacaq.

Şahin Diniyevin rəhbərlik etdiyi kollektivin Rumıniyanın Superliqa klubu ilə
“İS Santai Hotel”inin meydanında keçirəcəyi matç Bakı vaxtı ilə saat 18:00-da
başlayacaq.

Qeyd edək ki, “Səbail” ikinci yoxlama oyununu yanvarın 15-də Rusiyanın Premyer
Liqa komandası “Fakel”ə qarşı keçirəcək.

Source link