Şəbnəm Tapdıq adını daşıyan ifaçıları məhkəməyə verəcək – FOTO

Şəbnəm Tapdıq adını daşıyan ifaçıları məhkəməyə verəcək – FOTO

Baxış sayı: 3. 264 dəfə baxılıb.

Əməkdar artist Şəbnəm Tapdıq yenidən onun adını daşıyan ifaçıları məhkəməyə verməklə hədələyib.

ÇıxışYolu.Com xəbər verir ki, sənətçi Şəbnəm Qəhrəmanova adlı gənc ifaçıdan adını dəyişməsini istəyib.

Tapdığın bununla bağlı yazışmasını aparıcı Zabir Əliyev sosial şəbəkədə yayıb. Yazışmada Ş.Tapdıq Zabirə həmin xanıma onun sözlərini çatdırmasını bildirib:

“Qəhrəmanovanın səhnə adı var idi, niyə onunla çıxmır? Şadiyə adı ilə oxusun. Statistikada mən adımda ilkəm. Səhnə adı pis deyil ki, Şadi qəşəngdir. Məhkəməyə getməyim”.

Şəbnəm Tapdıq adını daşıyan ifaçıları məhkəməyə verəcək – FOTO

Ş.Qəhrəmanova isə cavabında “Yaman yerdə axşamladıq. Yenə başladıq. Nə adımı dəyişirəm, nə də ləqəb götürürəm. Kim hara gedir-getsin. Bu nə deməkdir ki, səhnə adını götürsün? Artıq bəsdir!” cavabını verib.

Şəbnəm Tapdıq adını daşıyan ifaçıları məhkəməyə verəcək – FOTO

Qeyd edək ki, Tapdıq bir müddət əvvəl onun adını daşıyan ifaçıları məhkəməyə verməklə hədələmiş və etirazla qarşılaşmışdı. Azərbaycanda “Şəbnəm” adının ilk dəfə onda olduğunu deyən sənətçi şou-biznesdə bu adda müğənni olmasını istəmir.

.
www.ÇıxışYolu.Com