4f4fcc91-c06b-4186-90e5-40fc2a971a4e..jpg

Şəbnəm Tovuzlu və Vəfa Şərifova arasında QALMAQAL: “Heç vaxt adam olmayacaqsan”

Baxış sayı: 537 dəfə baxılıb.

Şəbnəm Tovuzlu və Vəfa Şərifova arasında QALMAQAL: “Heç vaxt adam olmayacaqsan”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənnilər – Şəbnəm Tovuzlu və Vəfa Şərifova arasındakı qalmaqal davam edib.

Cixisyolu.com xəbər verir ki, Vəfa Şərifova “Instagram”ın hekayə bölümündə Şəbnəm
Tovuzlunun ünvanına xoşagəlməz sözlər yazıb:

“Daha bəsdir, bu qədər reklam. Dəyərli, “qocaman” sənətçimiz. İllərdir mahnın
tutmur, reklamın da yox idi. Ödənişli paylaşımlarından başqa. Sayəmdə yenə
reklam olundun. Videoları montaj edən zaman utanmadın, amma zil oxuyanda mənim
pərt olacağımı düşündün? Təklifim hələ də qüvvədədir. Gəl və dövranının
getdiyini qəbullan”.

Şəbnəm Tovuzlu isə “Instagram” da video paylaşaraq həmkarını sərt şəkildə
tənqid edib:

“Deyirsən ki, indi dövran mənimdir. Əslində, dövran heç vaxt sənin olmayıb.
Həqiqətən sənə yazığım gəlir. Nə sənətin, nə danışıq qabiliyyətin var. Sən
kiməsə reklam vermirsən, sən reklamlı insanlardan yapışırsan. Mənə təklif
edilən toylardan imtina edəndən sonra sənə deyilir. Getdiyin qiymət də
bəllidir. Sadəcə səni efirdə pərt etmək istəmədim. Həddini aşma, özünü mələk
kimi aparma. Əslində, sənin heç bir mahnın tutmur.

Şəbnəmin hitləri bir ömür ona bəsdir. Hələ davamı da gəlir. Yerini, danışığını
bil, elə etmə önünə keçim. Heç vaxt adam olmayacaqsan”.

Source link