Şəbnəm Tovuzludan aparıcılara XƏBƏRDARLIQ – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Zamanında getdiyim verilişlərdə üzüyumşaqlığımdan, sadəliyimdən,
mehribanlığımdan çox istifadə olunub. Ailə üzvlərimin adı ilə bağlı zarafat
etməsinlər. Hər kəs özü ilə məşğul olsa, daha yaxşı olar”.
Cixisyolu.com xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu “Xəzər axşamı”
verilişində deyib. O, ailə üzvləri haqda danışan sənət yoldaşlarına və
aparıcılara xəbərdarlıq edib:
“Sənət dostlarımdan, aparıcılardan da bunun kimi şeylər eşitsəm, efiri tərk
edəcəyəm. Verilişi tərk etmək ola bilər ki, onlar üçün fərq edər və ya etməz.
Niyə də olmasın, sevilən bir ifaçıyam. Həmin aparıcı ilə çox böyük mübahisəmiz
ola bilər, çox dərinə də gedə bilərəm. Buna görə istəmirəm ki, getdiyim efirdə
mənim ailəm, övladlarım haqda danışılsın. Mən əziyyətlə bu yerə çıxmışam,
bəhrəsini də görürəm. Məni sevən xalqım var, buna görə də mənə toxunmayın.
Fərdanın verilişdə xətrinə dəymək istəmədim, illərin dostudur. O insanları
güldürə bilən bir insandır. İstəmədim nəsə deyim, amma xoşuma gəlmədi. Bundan
sonra bir efirdə heç kimdən o sözü eşitməyim. Eşitsəm çox böyük mübahisəmiz
düşəcək. İnanın ki, dərinə də gedən insanam. Əvvəlki üzüyumuşaq Şəbnəm deyiləm,
artıq hər kəsi yaxşı tanıyıram. Qanun və qaydamız var. Reytinqə görə niyə məni
incidirsən? Olmaz, xoşum gəlmir”.