7b2f0b00-9a5c-488f-96e7-f5ed8b5473f4..jpg

“Sədərək” gömrük postunda yük maşınında 250 ədəd patron aşkar edilib

Baxış sayı: 523 dəfə baxılıb.

“Sədərək” gömrük postunda yük maşınında 250 ədəd patron aşkar edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük
postunda Türkiyədən İrana gedən yük maşınında patron aşkar edilib.

Komitənin verdiyi məlumata görə, Azərbaycan ərazisindən tranzit keçən yük
nəqliyyat vasitəsi stasionar rentgen qurğusunda yoxlamaya cəlb olunub.

Müşahidə monitorunda şübhəli təsvirlərin görülməsi səbəbindən yük nəqliyyat
vasitəsində aparılan əsaslı yoxlama zamanı kabinin müxtəlif yerlərindən ov
silahı üçün 250 ədəd patron aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Source link