5aca5b88-bb2f-4fe5-961b-7bb438d30ab3..jpg

Sədərək rayonunda sursat partladı: İki nəfər həlak oldu – VİDEO

Baxış sayı: 348 dəfə baxılıb.

Sədərək rayonunda sursat partladı: İki nəfər həlak oldu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sədərək rayonunda sursat partlayışı nəticəsində iki nəfər həlak olub.

Cixisyolu.com xəbər verir ki, bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi (DİN)
və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında deyilir.

Belə ki, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Qaraağac kəndi
ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması
nəticəsində 1951-ci il təvəllüdlü Vilayət Həsən oğlu Rzayev və 1970-ci il
təvəllüdlü Adəm Həsən oğlu Əliyev həlak olublar.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, müvafiq
ekspertizalar təyin olunmaqla zəruri prosessual hərəkətlər icra olunub.

Faktla bağlı Sədərək Rayon Prokurorluğunda araşdırma aparılır.


Source link