95e20d00-2edb-4e77-ba8d-3d9acd220b69..jpg

“Sədərək” ticarət mərkəzində 27 mağazanı qəsdən yandırmaqda şübhəli bilinən şəxs SAXLANILDI

Baxış sayı: 754 dəfə baxılıb.

“Sədərək” ticarət mərkəzində 27 mağazanı qəsdən yandırmaqda şübhəli bilinən
şəxs SAXLANILDI

Yanvarın 8-i saat 18 radələrində Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət
mərkəzində baş verən yanğınla bağlı cinayət işi açılıb.

Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu və Fövqəladə Hallar
Nazirliyinin birgə məlumatında bildirilib.

Qeyd edilib ki, baş vermiş hadisə ilə bağlı zəruri istintaq hərəkətləri
aparılıb.

İlkin araşdırma zamanı ticarət mərkəzinin 15-16-cı sıralarında ümumilikdə 800
kvadratmetr sahəsində yerləşən 27 mağazanın Bakı şəhər sakini Əfqan Abdullayev
tərəfindən qəsdən yandırılması, nəticədə icarədar və sahibkarlara külli
miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində
Cinayət Məcəlləsinin 186.2.1 (külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv
etmə və ya zədələmə) və 186.2.2-ci (yandırmaqla əmlakı qəsdən məhv etmə və ya
zədələmə) maddələrilə cinayət işi başlanıb.

İş üzrə Əfqan Abdullayev şübhəli şəxs qismində tutulub. Hazırda
əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Source link