e60c759a-57aa-45d7-9afd-10a708df8530..jpg

Sədərəkdə oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar

Baxış sayı: 641 dəfə baxılıb.

Sədərəkdə oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar

Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda oğurluqda şübhəli bilinən
şəxslər saxlanılıblar.

Bu barədə ”Report”un yerli bürosuna Sədərək Rayon Polis Şöbəsindən məlumat
verilib.

Sədərək Rayon Polis Şöbəsinin əməkdaşları Dəmirçi kənd sakinləri Bəhman
Hüseynəliyev və Elnur Fərəcovu Dəmirçi kəndində baş vermiş oğurluq faktları ilə
əlaqədar şübhəli şəxs qismində saxlayaraq, məsuliyyətə cəlb ediblər.

Onların müxtəlif vaxtlarda kənd ərazisindən oğurladıqları ev quşları və
elektron avadanlıqlar maddi sübut kimi götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Source link