964a7644-74fe-43b7-a514-bc4cb5c429d4..jpg

Sədərəkdə partlayışda həlak olan şəxsin nəvəsi: “Çaşır yığmağa gediblər” – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 363 dəfə baxılıb.

Sədərəkdə partlayışda həlak olan şəxsin nəvəsi: “Çaşır yığmağa gediblər” –
YENİLƏNİB + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Çaşır yığmağa gediblər, hər il bunu edirdilər”.

Bunu Baku TV-yə açıqlamasında bu gün Sədərək rayonunun Qaraağac kəndi
ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması
nəticəsində həlak olan Vilayət Həsən oğlu Rzayevin nəvəsi Aytac Abbasova deyib.

Qeyd edək ki, bu gün rayonun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən
vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan 1951-ci il
təvəllüdlü Vilayət Həsən oğlu Rzayev və 1970-ci il təvəllüdlü Adəm Həsən oğlu
Əliyev Sədərək rayon qəbiristanlığında dəfn olunublar.

Mərasimdə həlak olanların yaxınları, ailə üzvləri, rayon sakinləri və
ictimaiyyət nümayəndələri iştirak ediblər.

Daha ətraflı Baku TV-nin süjetində:

28.04.2024, 23:09

Bu gün Sədərək rayonunun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən
vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan 1951-ci il
təvəllüdlü Vilayət Həsən oğlu Rzayev və 1970-ci il təvəllüdlü Adəm Həsən oğlu
Əliyevin fotoları yayılıb.

Qeyd edək ki, sursat partlayışı nəticəsində həlak olan mülki şəxslər Sədərək
rayon qəbiristanlığında dəfn olunublar.

Cixisyolu.com həmin fotoları təqdim edir:

28.04.2024, 21:29

Sədərək rayonunda sursat partlayışı nəticəsində həlak olan mülki şəxslər dəfn
ediliblər.

“Report” xəbər verir ki, rayonun Qaraağac kəndi ərazisində Ermənistan
tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan
1951-ci il təvəllüdlü Vilayət Həsən oğlu Rzayev və 1970-ci il təvəllüdlü Adəm
Həsən oğlu Əliyev Sədərək rayon qəbiristanlığında dəfn olunublar.

Mərasimdə həlak olanların yaxınları, ailə üzvləri, rayon sakinləri və
ictimaiyyət nümayəndələri iştirak ediblər.

28.04.2024, 17:12

Sədərək rayonunda sursat partlayışı nəticəsində iki nəfər həlak olub.

Cixisyolu.com xəbər verir ki, bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi (DİN)
və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında deyilir.

Belə ki, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Qaraağac kəndi
ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması
nəticəsində 1951-ci il təvəllüdlü Vilayət Həsən oğlu Rzayev və 1970-ci il
təvəllüdlü Adəm Həsən oğlu Əliyev həlak olublar.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, müvafiq
ekspertizalar təyin olunmaqla zəruri prosessual hərəkətlər icra olunub.

Faktla bağlı Sədərək Rayon Prokurorluğunda araşdırma aparılır.


Source link