65254cf3-2796-4868-9524-d277917bb014..jpg

“Sədərək”dəki mağazaların icarədarlarını aldadan şəxslə bağlı QƏRAR

Baxış sayı: 468 dəfə baxılıb.

“Sədərək”dəki mağazaların icarədarlarını aldadan şəxslə bağlı QƏRAR
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ali Məhkəmədə dələduzluqda ittiham edilən Kamran Səfərovun (şərti) barəsindəki
hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və kassasiya
şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçiriləcək
prosesdə qərar elan olunub.

Qərara əsasən, protest və şikayət təmin edilməyib.

Qaradağ Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 3 ay müddətinə azadlıqdan məhrum
edilib. Bakı Apellyasiya Məhkəməsi Kamran Səfərovun cəzasını yüngülləşdirilərək
ona 1 il 10 ay 8 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq)
cəzası təyin edib.

İttiham aktına əsasən, Kamran Səfərov özgənin əmlakını ələ keçirmək məqsədilə
“Sədərək” Ticarət Mərkəzində yerləşən mağazaların birinin icarədarı,
zərərçəkmiş Mahal Məmmədovun (şərti) etibarından sui-istifadə edərək özünü
dövlət evlərinin təmir işlərində iş icraçısı kimi təqdim edib, təmir edilməli
çoxlu obyekt götürdüyünü, ona çoxlu tikinti materialları lazım olacağını
bildirib. O, bu yolla zərərçəkmiş şəxsdən nisyə olaraq müxtəlif tikinti
materialları istəyib, həftədə bir dəfə götürdüyü malların pulunu ödəyəcəyini
yalandan vəd verib. Kamran Mahal Məmmədovdan ümumilikdə 36 220 manat dəyərində
tikinti materialları götürüb, sonra pulunu geri qaytarmayıb.

Bundan başqa, Kamran Səfərov eyni yolla “Sədərək” Ticarət Mərkəzində yerləşən
mağazaların birinin icarədarı, zərərçəkmiş Səfər Kərəmovu (şərti) da aldadaraq,
onun 1 753 manat dəyərində tikinti materiallarını dələduzluq yolu ilə ələ
keçirib.

Source link