63e1b724-1568-47a8-b17e-ade1ca06ef07.webp

Səfərbərlik Xidmətinin zabiti HƏBS EDİLDİ

Baxış sayı: 319 dəfə baxılıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Nizami
Rayon İdarəsinin Çağırış şöbəsinin baş zabiti vəzifəsində işləmiş Hümbət
Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Report” xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrlik
etdiyi prosesdə hökm oxunub.

Hökmə əsasən, H.Nəbiyev səkkiz il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Hümbət Nəbiyevi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə
Baş İdarəsi saxlayıb.

İttihama görə, o, qeyd olunan vəzifədə işləyərkən vətəndaşdan müvəqqəti olaraq
möhlət hüququnun verilməsi, həmçinin dinc dövrdə həqiqi hərbi xidmətə yararsız,
müharibə dövründə məhdud yararlı olmasına dair hərbi biletin təqdim edilməsi
müqabilində rüşvət tələb edib.

Hümbət Nəbiyev Cinayət Məcəlləsinin 311.3.3 (qabaqcadan əlbir olan bir qrup
şəxs tərəfindən təkrar və külli miqdarda rüşvətalma) maddəsi ilə ittiham edilib.

Source link