1522797c-deaf-42de-966e-2b4057acafff..jpg

Səfir: “30 il ərzində kimsə Azərbaycanın səsini eşitmədi”

Baxış sayı: 540 dəfə baxılıb.

Səfir: “30 il ərzində kimsə Azərbaycanın səsini eşitmədi”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“30 il ərzində beynəlxalq ictimaiyyəti Azərbaycan həqiqətləri ilə tanış olmağa
çağırdıq, amma kimsə bizi eşitmədi”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov
oktyabrın 18-də Ankarada “Qarabağ zəfərindən sonra Azərbaycan” başlıqlı paneldə
çıxışı zamanı deyib.

O bildirib ki, Qarabağ probleminin həllinə görə məsuliyyət daşıyan ATƏT-in
keçmiş Minsk qrupu ötən illər ərzində Azərbaycanın çağırışlarına reaksiya
vermədi:

“Bəzi dövlətlər istisna olmaqla, kimsə “etnik təmizləmə”, “işğal” sözünü
dilinə gətirmədi. Bu, ikili standartların təzahürü idi. Artıq biz anladıq ki,
bizim dostumuz kimdir”.

Source link