63c3240d-133b-42fa-ae21-146b21e430c3..jpg

Səfir: “Azərbaycan COP29-u yüksək beynəlxalq standartlara uyğun səviyyədə keçirəcək”

Baxış sayı: 628 dəfə baxılıb.

Səfir: “Azərbaycan COP29-u yüksək beynəlxalq standartlara uyğun səviyyədə
keçirəcək”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının
29-cu sessiyası (COP29) müvafiq dövlət qurumları tərəfindən yüksək beynəlxalq
standartlara uyğun səviyyədə keçiriləcək”.

“Report” xəbər verir ki, bu fikirlər Azərbaycanın İsveçdəki səfiri Zaur
Əhmədovun bu ölkənin “Svenska Dagbladet” qəzetində dərc olunan məqaləsində yer
alıb.

Diplomat məqaləsində Azərbaycanın 2024-cü ildə COP29-a ev sahibliyi etməsi ilə
bağlı qərarın yekdilliklə qəbul olunduğunu və bunun Azərbaycan və Ermənistan
arasında normallaşma istiqamətində müsbət irəliləyişlər fonunda baş verdiyini
xatırladıb.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə COP29-a ilk
hazırlıq iclasının keçirildiyi və müvafiq dövlət qurumları tərəfindən bu
mötəbər tədbirin də ən yüksək beynəlxalq standartlara uyğun səviyyədə
keçiriləcəyinə əminlik ifadə olunub.

Z.Əhmədov rəsmi Bakının yaşıl enerjiyə keçid istiqamətində atdığı ardıcıl
addımlar, eləcə də Avropaya yaşıl enerji ixracı məqsədilə Azərbaycan və
tərəfdaşları tərəfindən əsası qoyulmuş Qara dəniz sualtı elektrik xətti barədə
məlumat verib.

Yazıda beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilən
Azərbaycanın daha öncə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu,
hazırda isə BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatında
sədrlik etdiyi də diqqətə çatdırılıb.

Habelə, ölkənin “Avroviziya” mahnı müsabiqəsi, Avropa Oyunları, Avropa
Liqasının finalı, Avropa futbol çempionatının görüşləri, “Formula-1”,
Beynəlxalq Astronavtika Konqresi və s. kimi çoxsaylı mötəbər beynəlxalq
tədbirlərə uğurla ev sahibliyi etmək təcrübəsinin olduğu vurğulanıb.

Source link