c31f965e-853d-4802-b6e7-d04246c6edcc..jpg

Səfir: “Azərbaycan və Yaponiya gələcək əməkdaşlığın prioritet istiqamətlərini müəyyənləşdirməyi hədəfləyir”

Baxış sayı: 657 dəfə baxılıb.

Səfir: “Azərbaycan və Yaponiya gələcək əməkdaşlığın prioritet istiqamətlərini
müəyyənləşdirməyi hədəfləyir”

“Azərbaycan və Yaponiya qarşıdakı bir neçə il üçün əməkdaşlığın prioritet
istiqamətlərini müəyyən etməyi hədəfləyir”.

“Report” xəbər verir ki, bunu Yaponiyanın Azərbaycandakı səfiri Vada Cuniçi
Yaponiya İmperatorunun doğum günü münasibətilə keçirilən tədbirdə deyib.

“Azərbaycanla Yaponiya arasında dostluq münasibətləri qurulub. Ötən il ölkələr
arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi qeyd olunub. İndi
biz növbəti 30 il və ya daha çox müddətdə hansı sahələri inkişaf etdirəcəyimizi
müzakirə edə bilərik”, – o vurğulayıb.

Səfir Yaponiya İmperatorunun 63 illik yubileyinin Bakıda qeyd olunmasını da
sevindirici hal kimi dəyərləndirib.

Source link