Səfir Corc Dik İsraillə Azərbaycan diplomatik münasibətlərinin qurulması
haqqında paylaşım edib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycanın İsraildə səfirlik açması Bakı – Təl-Əviv əlaqələrinin artan gücü
və yaxınlığının göstəricisidir”.
Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycan və İsrail
arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümü ilə bağlı
paylaşımında qeyd edib.
“Bu gün, aprelin 7-də biz İsrail ilə Azərbaycan arasında diplomatik
münasibətlərin qurulmasının 31-ci ildönümünü qeyd edirik. Cəmi bir il öncə biz
Azərbaycanın İsraildə səfirliyinin açılışını qeyd etdik. Bu mərhələ bizim
əlaqələrimizin getdikcə artan gücünü və yaxınlığını vurğulayır. Dostluğumuz
üçün daha da parlaq perspektivlərlə dolu gələcək naminə!”, – diplomat yazıb.
Xatırladaq ki, 1991-ci ilin dekabrın 25-də İsrail Azərbaycanın müstəqilliyini
rəsmən tanıyıb və bunu edən ilk dövlətlərdən biri olub. Növbəti ildə isə
ölkələr arasında diplomatik münasibətlər qurulub. 1993-cü ildə yəhudi dövləti
Azərbaycanda səfirlik açıb. Azərbaycanın İsraildəki diplomatik missiyası isə
2022-ci ilin sonunda təsis edilib, 2023-cü ilin martında isə fəaliyyətə
başlayıb.
Today, April 7th, we celebrate the 31st anniversary of diplomatic relations
between Israel and Azerbaijan. Just a year ago, we marked the opening of the
Azerbaijani embassy in Israel. This milestone underscores the ever-growing
strength and closeness of our bond. Here’s to a…pic.twitter.com/JenXbCKONa
— George Deek (@GeorgeDeek) April 7, 2024