0469873a-898c-4b97-a306-99a43a65b977..jpg

Səfir: “Latviya ilə Azərbaycan arasında əlaqələr getdikcə möhkəmlənir”

Baxış sayı: 563 dəfə baxılıb.

Səfir: “Latviya ilə Azərbaycan arasında əlaqələr getdikcə möhkəmlənir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Latviya ilə Azərbaycan arasında əlaqələr getdikcə möhkəmlənir”.

“Report” xəbər verir ki, bunu Latviyanın səfiri Edqars Skuya Latviya
Respublikasının elan olunmasının 105 illiyi münasibətilə Bakıda keçirilən rəsmi
qəbulda deyib.

Ölkəsinin tarixinə, keçdiyi inkişaf yoluna nəzər salan səfir
Azərbaycan-Latviya əlaqələrinin müxtəlif sahələrdə dinamik inkişafından danışıb.

“Ölkələrimiz arasındakı əlaqələrin sferası getdikcə genişlənir. Latviya həm də
Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək göstərir”, –
deyə diplomat vurğulayıb.

Latviya ilə Azərbaycan arasındakı əlaqələrin beynəlxalq arenada da uğurla
inkişaf etdiyini bildirən Edqars Skuya əlaqələrin bundan sonra da uğurla
inkişaf edərək dərinləşəcəyindən əminliyini ifadə edib.

Source link