Səfir: “Meksika qadınların siyasi həyatda iştirakının artırılmasını vacib
hesab edir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Meksika qadınların ölkənin siyasi həyatında rolunun və iştirakının
artırılmasını vacib hesab edir”.
“Report” xəbər verir ki, bunu Meksikanın Azərbaycandakı səfiri Mariya
Viktoriya Romero noyabrın 20-də Qoşulmama Hərəkatının ailə, qadın komitələrinin
Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və
səlahiyyətlərinin artırılması” mövzusunda konfransında çıxışı zamanı deyib.
Diplomat qadınların hüquqlarının müdafiəsi sahəsində belə mühüm tədbirin
təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.
Onun sözlərinə görə, Meksika hökuməti qadınların ölkənin ictimai-siyasi
həyatında daha geniş iştirakının təmin edilməsinə yönəlmiş bir çox proqramlar
həyata keçirir: “Biz daha yaxşı gələcək üçün qadınların hüquq və azadlıqları
uğrunda mübarizə aparmalıyıq”.