43e6800d-94f1-4037-bb34-6604103c0577..jpg

Səfir: “Naxçıvanın təbii zənginliyi Ukrayna-Azərbaycan əməkdaşlığının inkişafı üçün yeni imkanlar yaradır”

Baxış sayı: 511 dəfə baxılıb.

Səfir: “Naxçıvanın təbii zənginliyi Ukrayna-Azərbaycan əməkdaşlığının inkişafı
üçün yeni imkanlar yaradır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Naxçıvan diyarı tarixi, mədəniyyəti, adət-ənənələri, təbii şəraiti ilə
zəngindir. Ukrayna-Azərbaycan regional əməkdaşlığının inkişafı üçün yeni
imkanlar yaradır”.

“Report” xəbər verir ki, bunları Ukraynanın Azərbaycandakı səfiri Vladislav
Kanevski jurnalistlərə müsahibəsində bildirib.

“Çox şadam ki, ilin sonunda Azərbaycanda səfir kimi olmağım kontekstində
xüsusi hisslər və emosiyalar bəxş edən elementləri ümumiləşdirmək imkanı var.
Bir neçə ay əvvəl Naxçıvana sonuncu regional səfərim həqiqətən də xüsusi
təəssürat yaratdı, çünki bu, mənim ikinci səfərim idi. Birinci səfərim
Azərbaycanda fəaliyyətimə başladığım vaxt baş tutmuşdu və dörd ildən sonra,
birgə hansı layihələri həyata keçirə biləcəyimizi dərk etmək və yeni mənada
anlamağa imkan verən ikinci səfərim oldu. Naxçıvan diyarı tarixi, mədəniyyəti,
adət-ənənələri, təbii şəraiti ilə zəngindir. Ukrayna-Azərbaycan regional
əməkdaşlığının inkişafı üçün yeni imkanlar yaradır.

Bu gün, 2024-cü il ərəfəsində bütün naxçıvanlılara sülh, əmin-amanlıq,
planlarının həyata keçməsini arzulayıram.

Əminəm ki, bir-birimizi təkcə birgə zövq alacağımız deyil, həm də qarşılıqlı
qələbə bəxş edəcək oxşar layihələrdə yenidən görəcəyik”, – səfir qeyd edib.

Source link