bf43c7a2-75b1-4c4d-a367-2710e8285cb6..jpg

Səfir: “Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında əlaqələr fəal şəkildə inkişaf edir” – FOTO

Baxış sayı: 488 dəfə baxılıb.

Səfir: “Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında əlaqələr fəal şəkildə
inkişaf edir” – FOTO

“Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında münasibətlər tarixi xarakter
daşıyır və hazırda müxtəlif sahələrdə fəal şəkildə inkişaf edir”.

“Report” xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri
Essam bin Saleh əl-Cüteyli Səudiyyə Ərəbistanının Milli Gününün 93 illiyi
münasibətilə keçirilən tədbirdə deyib.

“Bu əlaqələr iki ölkənin yüksək səviyyəli rəsmiləri arasında səfər mübadiləsi
ilə əlamətdar olub və biz hazırda Səudiyyə Ərəbistanı-Azərbaycan İşgüzar
Şurasının yaradılması yolu ilə ticarət dövriyyəsinin həcminin artırılması
üzərində işləyirik”, – səfir bildirib.

O qeyd edib ki, iki ölkə arasında çoxlu oxşar cəhətlər var və bu, ticarət
dövriyyəsinin həcmini iki dəfə artıracaq.

“Fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
və qardaş Azərbaycan xalqına möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycana isə
inkişaf və firavanlıq arzularımı çatdırmaqdan şərəf duyuram”, – səfir söyləyib.

Source link