187959c8-80be-48ec-ab2e-36f5540d2674..jpg

Səfir: “Türk dünyasının layihələri Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfə verəcək”

Baxış sayı: 528 dəfə baxılıb.

Səfir: “Türk dünyasının layihələri Azərbaycanda qeyri-neft sektorunun
inkişafına töhfə verəcək”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Türk dünyasının Azərbaycanda həyata keçirəcəyi layihələr təkcə neft və qaz
deyil, həm də qeyri-neft sektorunun inkişafına töhfə verəcək”.

“Report” xəbər verir ki, bunu “Türkiyə texnologiya bazarı ilə tanışlıq” adlı
tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

Səfirin sözlərinə görə, bu gün Azərbaycanda 19 Türkiyə şirkətinin texnologiya
sahəsində təqdimatı, ötən il Azərbaycanda açılmış Bilişim Vadisinin növbəti
mərkəzinin açılması, həmçinin, ötən həftə baş tutmuş “Inmerge” İnnovasiya
Sammiti Azərbaycan və Türkiyənin texnologiya sektorunda əməkdaşlığının daha da
genişləndirilməsi baxımından əvəzsizdir.

C.Bağçı bildirib ki, Türkiyə ilə Azərbaycan neft və qaz sektoru ilə yanaşı,
texnologiyalar və İKT sektorunda da əməkdaşlıq edəcəklər:

“Bu əməkdaşlıq hər iki ölkə üçün çox faydalı olacaq. Azərbaycanın son illərdə
İKT sektorunda ekosistemə verdiyi töhfələr bizi sevindirir”.

Source link