48b59a68-ee1c-4632-be20-09accc010b73..jpg

Səfir: “Xorvatiya şirkətləri minatəmizləmə sahəsində ANAMA ilə fəal əməkdaşlıq edirlər”

Baxış sayı: 1. 613 dəfə baxılıb.

Səfir: “Xorvatiya şirkətləri minatəmizləmə sahəsində ANAMA ilə fəal əməkdaşlıq
edirlər”

Minatəmizləmə sahəsində böyük təcrübəyə malik Xorvatiya Vətən müharibəsi
nəticəsində azad edilmiş ərazilərin minalardan təmizlənməsində iştirak edən
Azərbaycanın ANAMA agentliyi ilə fəal əməkdaşlıq edir.

Bu barədə “Report”a açıqlamasında Xorvatiyanın Azərbaycandakı səfiri Branko
Zebic deyib.

O bildirib ki, Xorvatiya 25 ildən çoxdur mina problemi ilə mübarizə apardığına
görə bu sahədə böyük təcrübəyə malikdir.

Səfir əlavə edib ki, minatəmizləmə maşınları istehsal edən və minatəmizləmə
prosesində birbaşa iştirak edən Xorvatiya şirkətləri var:

“Bunlardan biri minatəmizləmə maşınları istehsal edən “DOK-ING” şirkətidir.
Şirkətin istehsal etdiyi texnikadan Qarabağda istifadə olunur və özünü çox
yaxşı tərəfdən göstərib”.

Minaaxtaranlar məsələsinə münasibət bildirən səfir hazırda bununla əsasən
Azərbaycanın məşğul olduğunu vurğulayıb.

O əlavə edib ki, bu irimiqyaslı işə xarici şirkətlərin də cəlb olunacağı
gözlənilir:

“Hesab edirəm ki, Xorvatiyanın “Piper” şirkəti Azərbaycanda minatəmizləmə ilə
məşğul ola biləcək şirkətlərdən biridir”.

B.Zebic deyib ki, “DOK-ING” şirkətinin əl ilə minatəmizləmə işləri aparan və
bu məqsədlə öyrədilmiş itlərdən istifadə edən bölməsi də var:

“Görünür, Azərbaycan onlarla müqavilə bağlayıb və bu il ölkənizə 10-12
minaaxtaran it gətiriləcək”.

Source link