140e6287-0c50-4e3f-8963-42a2a52c5e15..jpg

Səfirlik: “Lui Bono Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləmək üçün müntəzəm danışıq aparır”

Baxış sayı: 577 dəfə baxılıb.

Səfirlik: “Lui Bono Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləmək üçün
müntəzəm danışıq aparır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono
Ermənistanla Azərbaycan arasındakı sülh prosesini dəstəkləmək üçün tərəflərlə
müntəzəm danışıq aparır.

APA xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı səfirliyinin mətbuat katibi
Vanessa Zenji bildirib.

Səfirlik rəsmisi xatırladıb ki, Qafqaz danışıqları üzrə baş məsləhətçi cənab
Lui Bono ABŞ-nin sülh prosesinə dəstəyini, davamlı ədalətli sülhə nail olmağın
yollarını müzakirə etmək üçün tez-tez regiona səfərlər edir.

“Cənab Bono sülh prosesini dəstəkləmək üçün Ermənistan və Azərbaycanda bir
neçə əsas maraqlı tərəflərlə müntəzəm olaraq danışıqlar keçirir. Biz Cənubi
Qafqaz xalqlarına sülh və sabitlik gətirən istənilən prosesə kömək etməyə
hazırıq”, – mətbuat katibi vurğulayıb.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin rəsmisi bu gün Ermənistanda bir sıra
yüksək səviyyəli görüşlər keçirib.

Görüşlərin əsas mövzusu Azərbaycan və Ermənistan arasında münasibətlərin
normallaşması prosesi olub.

Source link