9ef2c9e7-24ac-4753-9227-dd580f892ad5..jpg

Səfirliyə hücum zamanı şəhid olan Orxan Əsgərov məktəbi qızıl medalla bitiribmiş – YENİLƏNİB+FOTO/VİDEO

Baxış sayı: 811 dəfə baxılıb.

Səfirliyə hücum zamanı şəhid olan Orxan Əsgərov məktəbi qızıl medalla
bitiribmiş – YENİLƏNİB+FOTO/VİDEO

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan
mühafizə xidmətinin rəisi Orxan Əsgərov Gəncədə tanınmış həkimin oğludur.

Xezerxeber.az-ın məlumatına görə, valideynləri hadisə barədə xəbər tutan kimi
Bakıya yola düşüblər, tanışlar və doğmalar isə onların evinə üz tutublar.

Bütün qohumlar, qonşular və tanışlar ailəli və 2 övlad atası olan Orxan
Əsgərovun yüksək intellektli olduğunu bildiriblər. O, orta məktəbi qızıl
medalla bitirib.

Qeyd edək ki, Gəncədə doğulub böyüyən Orxan Əsgərovun atası Rizvan Əsgərov
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan 1 saylı xəstəxananın
Pediatriya şöbəsinin müdiri vəzifəsində çalışır.

20:46

Azərbaycanın İrandakı Səfirliyinə silahlı hücum zamanı şəhid olan Orxan
Əsgərov Bakıda, ll Şəhidlər xiyabanında dəfn olunacaq.

“Report”un məlumatına görə, bu barədə onun yaxınları bildirib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində
Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs
“Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə
xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə
əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti
qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

13:00

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində şəhid olan
diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun atası
həkimdir.

Cixisyolu.com-ın məlumatına görə, onun atası Gəncə şəhər 1 nömrəli Birləşmiş Uşaq
Xəstəxanasının baş həkimi Rizvan Əsgərovdur.

Artıq həkimə məlumat verilib. O, paytaxta yola düşüb.

O.Əsgərovun ölümü barədə hələ ki anasının məlumatı yoxdur.

O, vaxtilə ölkəmizin Moskvadakı diplomatik missiyasında da çalışıb.

12:12

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində şəhid olan
diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov baş
leytenant olub.

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Şəhid O.Əsgərovun geriyə bir oğlu və bir qızı qalıb.

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan
Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq,
mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə
əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb.

İlhamə Əbülfət


Source link