window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};
“Şəhərdən Kəndə” layihəsinin iştirakçıları Şamaxıda olublar.
Layihə çərçivəsində növbəti tur rayonun Çaylı və Qonaqkənd kəndlərində təşkil olunub. Təşkilatçılarsa Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar tədarük və təchizat” ASC və “Backpack Azərbaycan” turizm şirkətidir.
İştirakçılar ilk olaraq sahibkar Habil Əzimovun Çaylı kəndindəki 25 hektarlıq üzüm bağına gəliblər. Qonaqlara təbii məhsullardan hazırlanmış səhər yeməyi təqdim olunub.
Sonra gələn qonaqlar üzüm bağlarında olublar.
Tur iştirakçıları təbii şəraitdə yetişdirilən üzümlərin əl əməyi ilə yığılmasının şahidi olublar.
İştirakçılara həmçinin evlərdə kənd məhsullarından hazırlanmış orqanik yeməklər təqdim olunub.
Ucqar dağ kəndi olan Qonaqkənd əhalisi isə əsasən taxılçılıq, heyvandarlıq, bostançılıq və üzümçülüklə məşğul olur.
Nənələrin təndir çörəyini neçə bişdirdiyi də qonaqlara nümayiş olunub.
Kənd gəzintisindən sonra müxtəlif oyunlar və atla gəzintilər təşkil olunub. Daha sonra layihə rəhbəri aqro-tur haqqında məlumat verib.
Axşam saatlarına qədər davam edən tur şam yeməyindən sonra başa çatıb.
.
Anar Ömərov
(Baku tv)