Şəhərin mərkəzində “oyun” adı altında insanların pulunu alıb, özlərini
vəhşicəsinə döyürlər – FOTO
Yeni il tətilində “Azad” rəqs qrupunun rəhbəri Rəhim Babayev və tələbələri
şəhərin mərkəzində yerləşən Oyun zalına gedib adrenalin yaşamaq istəsə də,
kuryoz hadisə ilə rastlaşıblar.
“Portal Games” əyləncə mərkəzinə 180 manat ödəyib oyun zalına daxil olan qrup
əvvəl vəd olunan adrenalin yaşasalar da, sonradan oyun sağlamlığa qəsdən zərər
vermə ilə davam edib. Qrup üzvləri vəhşicəsinə döyülüb, saçlarından tutulub
yerlə sürüdülüb, şallaqlanıb, hətta birinin qolu bıçaqla cızılıb.
“Azad” rəqs qrupunun rəhbəri Rəhim Babayev Azadmedia.az-a bildirib ki, çölə
çıxıb zədələrini göstərib hadisəyə aydınlıq gətirmək istədikdə oyun mərkəzindən
işçinin aqresiv oıduğunu, əslində belə vəhşiliyin yolverilməz olduğunu
bildirsələr də, 180 manatı geri qaytarmaq tələbləri yerinə yetirilməyib.
Belə çıxır ki, insanları adrenalin yaşamaq adı ilə aldadıb həm pullarını
alırlar, həm vəhşicəsinə döyürlər, həm də sağlamlığa qəsdən xəsarət yetirirlər.
Rəhim Babayev bu gün DİN-ə məsələ ilə bağlı rəsmi müraciət edəcək. Mövzuya
qayıdacağıq.