f99f39f8-dcb8-4df3-b941-08802727c887..jpg

Şəhid ailələri və yaralıların kredit və borc öhdəlikləri üçün xərclənən vəsait açıqlanıb

Baxış sayı: 448 dəfə baxılıb.

Şəhid ailələri və yaralıların kredit və borc öhdəlikləri üçün xərclənən vəsait
açıqlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəhid ailələri və yaralıların istehlak kreditləri və digər borc öhdəliklərinin
qarşılanması istiqaməti üzrə “YAŞAT” Fondu tərəfindən xərclənən vəsait 7 011
408,82 manat təşkil edir.

“Report” xəbər verir ki, bunu “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov fondun 3
illik hesabatına həsr edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, istehlak kreditləri və digər borc öhdəliklərinin
qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 918, itkin ailə üzvlərinin
üç və yaralıların 1 379 müraciəti olmaqla ümumilikdə 2 300 müraciət təmin
edilib:

“Əlavə olaraq fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması üzrə
müəssisələr tərəfindən 126 392,73 manat borc ləğv edilib”.

Source link