b643f5d3-eaee-419a-9aee-8da906e6bb01..jpg

Şəhid ailələrinə verilən Prezident təqaüdü ilə bağlı FƏRMAN – FOTO

Baxış sayı: 706 dəfə baxılıb.

Şəhid ailələrinə verilən Prezident təqaüdü ilə bağlı FƏRMAN – FOTO

Prezident İlham Əliyev şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin
təqaüdünün məbləğinin artırılması və “Şəhid ailəsi üçün Azərbaycan Respublikası
Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə Fərman imzalayıb.

Bununla bağlı Prezident.az
məlumat yayıb.

Fərmanla şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün
aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 manat müəyyən edilib.

Qeyd edək ki, buna qədər bu kateqoriyadan olan şəxslərə verilən Prezident
təqaüdünün məbləği 500 manat idi.

Source link