2499beeb-a51b-4be6-ab2c-e76770a70b6a..jpg

Şəhid ailələrindən çəkiliş üçün pul alan kanal rəhbərinə hökm oxundu

Baxış sayı: 522 dəfə baxılıb.

Şəhid ailələrindən çəkiliş üçün pul alan kanal rəhbərinə hökm oxundu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dələduzluqda təqsirləndirilən “İnform Xəbər TV” “YouTube” kanalının rəhbəri,
1971-ci il təvəllüdlü Azər Kazımova hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, Qax Rayon Məhkəməsi Azər Kazımovu Cinayət
Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilib.

Məhkəmə A.Kazımovun 4 sentyabr 2023-cü ildən 18 yanvar 2024-cü il tarixədək
həbsdə və ev dustaqlığında saxlanılmasını nəzərə alaraq 2 il 3 ay 2 gün müddətə
azadlığın məhdudlaşdırılması cəzası verib. Ona elektron qolbaq taxılıb.

Qeyd edək ki, Azər Kazımov jurnalist və TV rəhbəri olduğunu bildirərək Şəhla
adlı qadından şəhidlər barəsində kitab çap etdirəcəyini deyərək 7 min manat pul
alıb. Lakin o, vədinə əməl etməyərək vəsaiti ələ keçirib.

Daha əvvəl də A.Kazımov barəsində şəhidlərlə bağlı materialların hazırlanması
ilə bağlı onların ailələrindən pul alması barədə məlumatlar ictimailəşib.

Həmçinin məlum olub ki, Azər Kazımovun bacısı Məxluqə Yusifova Azərbaycanın
ilk şəhidlərindəndir.

Source link