e457dee5-ffb1-45e2-b623-a01ae7d0dc4a.png

Şəhid anası 30 il sonra doğulan qızı ilə birgə oğlunun məzarı başında

Baxış sayı: 294 dəfə baxılıb.

Vətən müharibəsində qanı ilə qəhrəmanlıq dastanı yazan igidlərdən biri də
Rəşad Mikayılzadədir.

30 sentyabr 1995-ci ildə Lerik rayonunda dünyaya göz açan Rəşad Mikayılzadə 9
noyabr 2020-ci ildə Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə
qəhrəmancasına şəhid olub.

Şəhidlik məqamına ucaldıqdan dörd il sonra Mikayılzadə ailəsində yenidən körpə
səsi eşidilib. Şəhid qardaşını ziyarətə gələn, onun adını soyad kimi fəxrlə
daşıyan balaca Ayla gəlişi ilə ailəsinin yarasına məlhəm olub.

“Dörd ildir, doğum gününü onsuz qeyd edirik. Amma fəxr edirəm ki, belə oğlum
var. İndi onun bacısı azad torpaqda yaşayır və qardaşını ziyarətə gəlib. Üzünü
görmədiyi, adını soyad kimi götürən bacısı qardaşını yaşadacaq”, – deyə şəhidin
anası Nailə Mikayılova söyləyib.

Daha ətraflı Baku TV-nin süjetində:

Şəhid anası 30 il sonra doğulan qızı ilə birgə oğlunun
məzarı başında
Şəhid anası 30 il sonra doğulan qızı ilə birgə oğlunun məzarı başında

Source link