Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Baku TV-də jurnalist Afaq Hüseynovanın təqdimatında Vətən müharibəsi şəhidi
Abbas Əliyev haqqında reportaj efirə gedib.
Azərbaycan Ordusunun əsgəri olan Abbas Əliyev Cəbrayılın, Füzulinin,
Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, 2020-ci ilin noyabrın
2-də Xocavənd döyüşləri zamanı şəhid olub.
Oğlu ilə bağlı xatirələrini bölüşən şəhid anası Təranə Əliyeva onun müharibəyə
yollanmasından danışıb:
“Müharibə başlayanda dedi ki, mən mütləq getməliyəm. Yük daşıyırdı, Xızıya mal
aparmışdı. Gəlib dedi ki, gedirəm. Söylədim ki, Abbas, bəlkə nə vaxt
çağırsalar, onda gedəsən. Dedi ki, mən getməyim, o getməsin, bu getməsin, bəs
kim getsin?!”.
T.Əliyeva Abbasın şəhid olmasını öyrənməsindən bəhs edərkən qeyd edib ki, ona
əvvəlcə oğlunun yaralandığı deyilib:
“Dedilər ki, onu gətirmək üçün bizlə kimsə getməlidir. Hiss etdim ki,
yaralanmayıb. Çünki yaralansaydı, onu hospitala yerləşdirərdilər. Daha sonra
getməsi üçün qaynatasına zəng etdik. Onun nəşini gətirəndə qayınatasından ilk
olaraq soruşdum ki, balamın bütün əzaları yerində idi?”.