7dc00c10-0c25-43d0-9835-001b0a40185d..jpg

Şəhid Asiman İmamverdiyevin anası: “Oğlum dedi ki, nə olursa-olsun hərbçi olacağam” – VİDEO

Baxış sayı: 540 dəfə baxılıb.

Şəhid Asiman İmamverdiyevin anası: “Oğlum dedi ki, nə olursa-olsun hərbçi
olacağam” – VİDEO

Baku TV sentyabr döyüşlərində şəhid olan Asiman İmamverdiyevin ailəsini
ziyarət edib.

Şəhidin anası Nafiyət İmamverdiyevanın sözlərinə görə, oğlunun uşaqlıqdan
hərbiyə həvəsi olub:

“Dedi ki, nə olur-olsun hərbçi olacağam. Türkiyədə təlim keçəndən sonra Tovuz
döyüşlərində iştirak etdi. Göstərdiyi rəşadətə görə ona “Azərbaycan Bayrağı”
ordeni verildi”.

A.İmamverdiyevin həyat yoldaşı Maral İmamverdiyeva isə şəhidimizin qayğıkeş
ata olduğunu vurğulayıb:

“Qızımda anadangəlmə ürək qüsuru olduğu üçün ona görə çox narahat idi.
İnanıram ki, indi rahatdır. Nuray əməliyyat olunub, çox yaxşıdır”.

Ətraflı videonu təqdim edirik:


Source link