ae040d00-8b5e-4fd3-8380-0ca55d867b66..jpg

Şəhid atası: “Oğlum Mübarizin ölümündən bəri döyüşü gözləyirdi” – VİDEO

Baxış sayı: 596 dəfə baxılıb.

Şəhid atası: “Oğlum Mübarizin ölümündən bəri döyüşü gözləyirdi” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baku TV-də jurnalist Afaq Hüseynovanın təqdimatında Vətən müharibəsi şəhidi
Teymur Rəsulov haqqında reportaj efirə gedib.

Azərbaycan Ordusunun əsgəri olan Teymur Rəsulov İkinci Qarabağ müharibəsi
zamanı Xocavəndin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb,
oktyabrın 21-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.

Şəhidin atası Yavuz Rəsulov oğlu ilə bağlı xatirələrini bölüşərkən bildirib
ki, Teymur Milli Qəhrəman Mübariz İbrahimovun ölümündən sonra hərbidə qalmaq
istəyib:

“Oğlum Polad Həşimovun şəhid olduğu axşam dedi ki, səhər gedib könüllü
yazılacağam. 2020-ci ilin sentyabrında İkinci Qarabağ müharibəsi başlayanda
Hərbi Komissarlığa getdi. Sentyabrın 29-u otuz nəfər könüllünü geri
qaytardılar, Teymur da onların içində idi. İki gün getdi-gəldi, geri
qaytarıldı. Üçüncü gün dedi ki, mən artıq gedirəm. Yola saldıq, getdi”.

Yavuz Rəsulov oğlunun şəhid olmamışdan əvvəl yuxusunda onunla sağollaşdığını
bildirib:

“Oktyabrın 19-u axşam idi. Divanda məni yuxu tutmuşdu. Bir də gördüm, gəldi.
Əlini uzadıb dedi ki, müəllim, hələlik, sağ ol. Mənə həmişə müəllim deyirdi.
Səhər tezdən qohumum zəng edib dedi ki, Teymur yaralanıb. Mən artıq bildim ki,
o şəhid olub. Əgər yaralı olsaydı, bizimlə əlaqə saxlayıb danışardı”. Şəhidin
bacısı Şəhla Nəbiyeva qardaşının illərdir müharibəyə hazırlaşdığını deyib:
“Teymur şəhid olandan sonra onun öz yazılarından ibarət “Qürub vaxtı” kitabı
dərc olundu. Kitab üzərində yoldaşım işləyirdi. Dedi ki, o, illərdir müharibəyə
hazırlaşır. Hətta onun “İnsan 32 il yaşayır” adlı yazısı var. Elə bil ki, özü
üçün hesablayıb. Teymurun nə qədər dahi insan olduğunu şəhadətindən sonra
bildim. Ona görə də, özümü bağışlaya bilmirəm, bir evin içində yaşamışıq, amma
onu tanıya bilməmişəm”.

Ətraflı süjetdə:


Source link