Şəhid atası oğlunun son zəngindən DANIŞDI – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Vətən müharibəsi başlayanda Şahəli Şıxıyevin 21 yaşı var idi. Həqiqi hərbi
xidməti bir il əvvəl başa vurmuşdu. Çağırış gələndə isə sevinərək cəbhəyə
yollandı”.
Bu sözləri şəhid Şahəli Şıxayevin atası Əflatun Şıxıyev ”AzTV Xəbər”ə
müsahibəsi zamanı deyib.
O bildirib ki, oğlunun döyüş yolu Füzulidən başlayıb, Cəbrayıl və Qubadlı
istiqamətlərində gedən döyüşlərədək davam edib:
“Telefonla danışdığımız zaman səsi çox xoş gəlirdi. “Məndən narahat olmayın”
deyərdi”.
Qeyd edək ki, ll Vətən müharibəsində qəhrəmancasına şəhid olan Şahəli Əflatun
oğlu Şıxıyev 1999-cu il may ayının 1-də İmişli rayonunun Qaraqaşlı kəndində
anadan olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına
qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə
borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidentiİlham Əliyevin
15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahəli Şıxıyev ölümündən sonra
”Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına
görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Ətraflı süjetdə: