fd61e581-20f6-4bc4-9738-748a1a68a55b..jpg

Şəhid atası “YAŞAT” Fondu tərəfindən müalicə məqsədilə Türkiyəyə göndərilib

Baxış sayı: 953 dəfə baxılıb.

Şəhid atası “YAŞAT” Fondu tərəfindən müalicə məqsədilə Türkiyəyə göndərilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətən müharibəsinin şəhidi Asəf Ağayevin atası Abid Ağayev müalicə məqsədilə
Türkiyə Respublikasına göndərilib.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və
Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən
məlumat verilib.

Bildirilib ki, “YAŞAT” Fondu tərəfindən həkim rəyi əsasında ağır yaralı olan
qazilərin və şəhid ailəsi üzvlərinin müalicə üçün xaricə davamlı şəkildə
göndərilməsi təmin edilir. Fond göndərilən şəxslərin müalicəsini tam
yekunlaşana qədər nəzarətdə saxlayır.

Xatırladaq ki, bu günə qədər fond 178-i ağır yaralı, 8-i şəhid ailəsi üzvü
olmaqla ümumilikdə 186 şəxsin müalicə məqsədilə Türkiyəyə göndərilməsini təmin
edib. Onlardan 180-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə
qayıdıblar. Həmin şəxslərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan
dərman vasitələri də fond tərəfindən təmin edilir.

“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı
yashat.gov.az rəsmi internet saytındakı “Hesabatlar”
(https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək olar.

Həmçinin fondun “8110” Çağrı Mərkəzi fəaliyyət göstərir.

Source link