Ötən gün sərhəd pozucularının açdıqları atəş nəticəsində şəhid olan baş leytenant Eyvazov Samir Elmar oğluyla vida mərasimi keçirilir.
Mərasimdə şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri və dostları iştirak edir. Vida mərasimindən sonra şəhid baş leytenant Tovuzun Bozalqanlı kəndində torpağa tapşırılacaq.
Xatırladaq ki, ötən gün Dövlət Sərhəd Xidmətinin Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıblar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyyə olunsa da, onların həyatlarını xilas etmək mümkün olmayıb.