a7361b0d-dfc8-496b-b75a-7433496cb173..jpg

Şəhid general-mayor Polad Həşimovun doğum günüdür – FOTO

Baxış sayı: 463 dəfə baxılıb.

Şəhid general-mayor Polad Həşimovun doğum günüdür – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum
günüdür.

Cixisyolu.com xatırladır ki, P.Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun
Vəndam kəndində anadan olub.

Daha sonra ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini
Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O,
Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib.

General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Ermənistan silahlı
qüvvələrinin hücum cəhdinin qarşısını alarkən Tovuz istiqamətində baş verən
şiddətli döyüşlər zamanı qəhrəmancasınaşəhid olub.

Onun şəhid olması xəbərini ictimaiyyətə müdafiə nazirinin müavini,
general-leytenant Kərim Vəliyev dərin hüznlə çatdırıb. İyulun 14-də
general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam
qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun
15-də II Fəxri xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşıdəfn
olunub.

Prezident İlham Əliyev döyüş zamanı müdafiənin ön xəttində olarkən
qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası ilə telefonla
danışıb və şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.

2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova
“Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Xatırladaq ki, P.Həşimov 2003-cü ildə mayor qismində Prezident Heydər Əliyevin
sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. Altı il sonra,
2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin
sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub. 2014-cü il iyunun 25-də
III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov 2016-cı
ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə 2-ci dərəcəli “Vətənə xidmətə
görə” ordeni ilə mükafatlandırılıb.

P.Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhəboyu baş verən hərbi əməliyyatlar
zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun
Qərargah rəisi olub və yaralanıb. 2019-cu il iyunun 25-də Polad Həşimova
“general-mayor” ali hərbi rütbəsi verilib. O, daha sonra Azərbaycan Silahlı
Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub.

2020-ci ildə Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə Polad
Həşimovun adı verilib. 2021-ci ildən Bakı şəhərinin küçələrindən biri
Azərbaycanın Milli Qəhrəmanının adını daşıyır.

P.Həşimovun adı Türkiyədə də əbədiləşdirilib. Belə ki, Osmanqazi rayonunun
Dəmirtaş bölgəsində Polad Həşimovun adının verildiyi yeni park salınıb.

P.Həşimovun Davud və Teymur adında oğulları, Aybəniz adında isə qızı yadigar
qalıb.

Source link