a92f3502-e9ec-4d84-a7f5-1aeae4ff5498..jpg

Şəhid hərbi pilot Rəşad Atakişiyevin məzarı ziyarət edilib – FOTO/VİDEO

Baxış sayı: 454 dəfə baxılıb.

Şəhid hərbi pilot Rəşad Atakişiyevin məzarı ziyarət edilib – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təlim-məşq zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin
hərbi pilotu şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin doğum günü
münasibətilə anım tədbiri keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Hərbi Hava Qüvvələrinin bir qrup hərbi qulluqçusu İkinci Şəhidlər xiyabanını
ziyarət edərək şəhid pilotun məzarı üzərinə gül dəstələri düzüb, xatirəsini
dərin hörmət və ehtiramla yad ediblər.

Anım mərasimində polkovnik-leytenant R.Atakişiyevin şərəfli döyüş yolundan
söhbət açılıb, Vətənə olan sədaqətindən, xidmət müddəti ərzində nümayiş
etdirdiyi yüksək peşəkarlığından danışılıb.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş
Komandana və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.


Source link