ec8935f0-85d6-4ea5-9564-25106a1bb097..jpg

Şəhid Hacıəli Qasımov dəfn olunub – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 510 dəfə baxılıb.

Şəhid Hacıəli Qasımov dəfn olunub – YENİLƏNİB + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən il ordumuz tərəfindən aparılan antiterror tədbirləri zamanı ağır
yaralanan və uzun müddət koma vəziyyətinə düşərək şəhidlik zirvəsinə ucalan
Hacıəli Qasımov dəfn olunub.

“Report”un məlumatına görə, mərasimdə şəhidin yaxınları, hərbçilər,
hüquq-mühafizə orqanlarının əməkdaşları, sakinlər və ictimaiyyət nümayəndələri
iştirak ediblər.

Qeyd edək ki, sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata
keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı ağır yaralanan və uzun
müddət serebral koma diaqnozu ilə hərbi tibb müəssisəsində müalicə alan
müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçumuz Qasımov Hacıəli Tahir
oğlu həkimlərimizin səylərinə baxmayaraq şəhid olub.

12:44

Azərbaycanın Müdafiə Nazirliyi şəhid olan hərbi qulluqçunun ailəsinə
başsağlığı verib.

Bu barədə nazirlikdən bildirilib.

“Ötən ilin sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata
keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı ağır yaralanan və uzun
müddət serebral koma diaqnozu ilə hərbi tibb müəssisəsində müalicə alan
müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçumuz Hacıəli Tahir oğlu
Qasımov həkimlərimizin səylərinə baxmayaraq şəhid olub. Müdafiə Nazirliyinin
rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə başsağlığı verir və səbir
diləyir.

Allah rəhmət eləsin!”, – nazirlikdən bildirilib.

11:19

19 sentyabrda düşmən təxribatının qarşısı alarkən ağır yaralanan və komaya
düşən hərbi qulluqçumuz Bakı şəhərində şəhid olub.

APA-nın məlumatına görə, şəhidimiz Tovuz rayon Qaraxanlı kənd sakini 2002-ci
il təvəllüdlü Hacıəli Tahir oğlu Qasımovdur.

Tovuz Rayon İcra Hakimiyyətindən bildirilib ki, şəhid Hacıəli Qasımov
doğulduğu kənddə bu gün dəfn olunacaq.


Source link