272354ef-f9dc-48d4-b0e3-97a6fac1cab0..jpg

Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş ikinci futbol turnirinin qalibi müəyyənləşdi – FOTO

Baxış sayı: 637 dəfə baxılıb.

Şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş ikinci futbol turnirinin qalibi
müəyyənləşdi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həsr olunmuş ikinci ənənəvi
futbol turniri başa çatıb.

“Report”un məlumatına görə, Zəfər Günü münasibətilə Bakı Tennis Akademiyasının
stadionunda təşkil olunmuş turnirinin son günündə həlledici görüşlər və
bağlanış mərasimi baş tutub.

İlk olaraq “Ardanış” ilə “Loru-Borçalı” komandaları 3-cü yer uğrunda matçda
üz-üzə gəliblər. Rəqibini 4:3 hesabı ilə məğlub edən “Ardanış” bürünc medala
yiyələnib.

Ardından final görüşü olub. Həlledici qarşılaşmada “İrəvan” və “Çəmbərək”
komandaları münasibətlərinə aydınlıq gətiriblər. 7:5 hesablı qələbə qazanan
“Çəmbərək” kubokun sahibi olub.

Final qarşılaşmasından sonra bağlanış mərasimi təşkil olunub. İlk olaraq şəhid
jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov çıxış edib. Yarışın
təşkilatçısı maraqlı turnir keçirildiyini bildirib. Həmçinin futbol veteranları
Ağasəlim Mircavadov, Yaşar Vahabzadə, Şahin Diniyev, Arif Əsədov, Mətbuat
Şurasının, Bakı şəhər Gənclər və İdman İdarəsinin, eləcə də, digər qurumların
nümayəndələri çıxışlarında şəhid jurnalistlərin əziz xatirəsini ehtiramla yad
edib, qalibləri təbrik ediblər.

Sonda medal qazanan komandalarla yanaşı, turnirin ən yaxşısı Nəcəf Nəcəfzadə,
ən məhsuldar futbolçusu Azad Əliyev, ən yaxşı qapıçısı Hüseyn Məhəmmədov və
nümunəvi komandası “Qərbi Azərbaycan” xüsusi mükafat alıblar. Çempion komandaya
kuboku AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov təqdim edib.

Qeyd edək ki, 8 Noyabr – Zəfər Günü münasibətilə həvəskarlar arasında təşkil
olunmuş turnirdə komandalar “Qərbi Azərbaycan”, “Zəngəzur”, “Göyçə”,
“Loru-Borçalı”, “İrəvan”, “Çəmbərək”, “Ardanış” və “Qaraqoyunlu” adları altında
çıxış ediblər. “Sultan Keramik”, “Bee Tours” və “Mister Tum”un tərəfdaşlığı ilə
təşkil olunan ənənəvi turnirə informasiya dəstəyini AZƏRTAC, Az.TV, “Report”
İnformasiya Agentliyi və “Rakus.az” saytı veriblər.

Source link