d540a409-1bcf-4f68-b07b-e26cf4a901b7..jpg

Şəhid Mayis Yaqubovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib – FOTO

Baxış sayı: 322 dəfə baxılıb.

Şəhid Mayis Yaqubovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Mayis
Yaqubovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, C.Naxçıvanski adına Hərbi Liseydə keçirilən tədbirdə Müdafiə
Nazirliyinin və ictimaiyyətin nümayəndələri, liseyin zabit, müəllim və kursant
heyəti, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və məktəblilər
iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi,
müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik
sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Anım mərasimində çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə
Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid
oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.

Tədbir iştirakçılarına M.Yaqubovun şərəfli həyat yolu haqqında məlumat verilib.
Şəhidin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə
də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan
Respublikasının Prezidentiİlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə
minnətdarlıqlarını bildiriblər.

Source link