6b316712-cb96-46ad-a002-e33ae44556d1..jpg

Şəhid olan Azərbaycan çempionunun doğum günüdür – FOTO

Baxış sayı: 792 dəfə baxılıb.

Şəhid olan Azərbaycan çempionunun doğum günüdür – FOTO

Bu gün 44 günlük Vətən müharibəsində şəhid olan Muxtar Əli oğlu Qasımlının
doğum günüdür.

Cixisyolu.com-ın məlumatına görə, şəhidimiz 1993-cü il fevralın 23-də Bakı şəhərində
anadan olub.

O, 1999-cu ildə Bakı şəhəri 318 nömrəli tam orta məktəbə daxil olub və 2009-cu
ildə məktəbi bitirib. 2009-2013-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və
İdman Akademiyasının kikboksinq fakültəsi üzrə bakalavr təhsili alıb.

Erkən yaşlarından idmana marağı olub. Dəfələrlə yarışlarda iştirak edib və
mükafatlara layiq görülüb.

M.Qasımlı 2019-cu ildə fitnes üzrə Azərbaycan çempionu adına layiq görülüb.

Muxtar Qasımlı 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı
Füzuli uğrunda gedən döyüşlərdə şücaət göstərib. Oktyabrın 2-də Füzuli uğrunda
gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Bakı şəhəri Qala qəbiristanlığında dəfn olunub.

O, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif
olunub.

Source link