81858267-e04c-4fd6-be12-7f79d02a2490..jpg

Şəhid Şəhriyar Əlibəyli ilə vida mərasimi başa çatdı – YENİLƏNİR + FOTO/VİDEO

Baxış sayı: 771 dəfə baxılıb.

Şəhid Şəhriyar Əlibəyli ilə vida mərasimi başa çatdı – YENİLƏNİR + FOTO/VİDEO

Ötən gün erməni təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi
qulluqçusu Əlibəyli Şəhriyar Ramiz oğlu ilə vida mərasimi başa çatıb.

Cixisyolu.com xəbər verir ki, şəhidimizin cənazəsi dəfn edilməsi üçün İkinci Şəhidlər
xiyabanına aparılır.

11:05

Şəhid Şəhriyar Əlibəylinin xatirəsinə ehtiramla yaşadığı bina sakinləri
eyvanlardan bayraqlar asıblar.

Cixisyolu.com xəbər verir ki, şəhidin cənazəsi yaxın dəqiqələrdə dəfn üçün yaşadığı
evdən çıxarılacaq.

Qeyd edək ki, dəfn mərasimi İkinci Şəhidlər xiyabanda baş tutacaq.

Xatırladaq ki, Ş.Əlibəyli 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətə
görə Prezidentİlham Əliyevin sərəncamları ilə “Şuşanın azad olunmasına görə” və
“Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

10:10

Müdafiə Nazirliyinin rəsmiləri şəhid Şəhriyar Əlibəylinin vida mərasiminə
gəliblər.

Cixisyolu.com xəbər verir ki, 1994-cü il təvəllüdlü şəhid Əlibəyli Şəhriyar Ramiz
oğlu ilə vida mərasimi davam edir.

09:08

Ötən gün erməni təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi
qulluqçusu Əlibəyli Şəhriyar Ramiz oğlunun nəşi Yasamal rayonunda yaşadığı evə
gətirilib.

Cixisyolu.com xəbər verir ki, şəhidlə vida mərasimi yaşadığı evdə keçirilir.

Şəhidimiz İkinci Şəhidlər xiyabanında dəfn olunacaq.

Xatırladaq ki, Ş.Əlibəyli 44 günlük Vətən müharibəsinin iştirakçısı olub.

Qeyd edək ki, ötən gün Ermənistan tərəfinin törətdiyi təxribatlar nəticəsində
Azərbaycan ordusunun iki hərbi qulluqçusu şəhid olub.

Daha çox foto burada: PhotoStock.az

Könül Cəfərli


Source link