fde8faa0-11ca-449b-8975-b43757a3eafb..jpg

Şəhid Teymur İbrahimovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib – FOTO/VİDEO

Baxış sayı: 400 dəfə baxılıb.

Şəhid Teymur İbrahimovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib –
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Birinci
Qarabağ müharibəsi şəhidi, kapitan Teymur İbrahimovun xatirəsinə həsr olunan
anım mərasimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Hərb Tarixi Muzeyində keçirilən tədbirdə Müdafiə
Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları,
döyüş yoldaşları, keçmiş komandirləri və kursantlar iştirak ediblər.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi,
müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik
sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Anım mərasimində çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə
Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid
oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.

Tədbir iştirakçılarına T.İbrahimovun şərəfli həyat yolu haqqında məlumat
verilib.

Şəhidin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə
də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə
minnətdarlıqlarını bildiriblər.


Source link