b21466ed-64c4-4b66-b79f-78fba103698e..jpg

Şəhid Vidadi Zalov dəfn olundu – YENİLƏNİB + CANLI YAYIM/FOTO

Baxış sayı: 663 dəfə baxılıb.

Şəhid Vidadi Zalov dəfn olundu – YENİLƏNİB + CANLI YAYIM/FOTO

Şəhid Vidadi Zalovun cənazəsinin büküldüyü bayraq azyaşlı oğluna təqdim edilib.

Qeyd edək ki, şəhidimizdən vətənə yadigar bir qız və bir oğul övladı qalıb.

11:32

Ermənistan silahlı qüvvələrinin ötən gün törətdikləri təxribatın qarşısını
alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Vidadi Nizami oğlu
Zalovun cənazəsi Saray qəbiristanlığına gətirilib.

Cixisyolu.com xəbər verir ki, şəhidimizin cənazə namazı qılınıb.

Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, yaylım atəşi açılıb.

Şəhidimiz Vidadi Zalovun nəşi torpağa tapşırılıb.


View this post on Instagram

A post shared by Cixisyolu.com (@oxuaz)

10:43

Ermənistan silahlı qüvvələrinin ötən gün törətdikləri təxribatın qarşısını
alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Vidadi Nizami oğlu
Zalovla vida mərasimi başa çatıb.

Cixisyolu.com xəbər verir ki, şəhidimiz cənazəsi dəfn olunması üçün Saray
qəbiristanlığına aparılır.

10:26

Ermənistan silahlı qüvvələrinin ötən gün törətdikləri təxribatın qarşısını
alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Vidadi Nizami oğlu
Zalovun cənazəsi yaşadığı evə gətirilib.

Cixisyolu.com xəbər verir ki, şəhidlə vida mərasimi Saray qəsəbəsində yaşadığı evdə
keçirilir.

Vida mərasimində şəhidimizin ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin və
Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edirlər.

Şəhidimiz ailəsinin istəyinə uyğun olaraq, V.Zalov Sarayda Şəhidlər
qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı
qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində
yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz
mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Ermənistan
tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi
qulluqçuları Vidadi Nizami oğlu Zalov, Elşad Qabil oğlu Həsənov və Səbuhi
Gündüz oğlu Tağıyev şəhid olublar.


View this post on Instagram

A post shared by Cixisyolu.com (@oxuaz)

Daha çox foto burada: PhotoStock.az
Könül Cəfərli

Source link