a4056ba0-1276-49be-9878-93d31b01f27e..jpg

Şəhid xanımından Türkiyəyə dəstək – VİDEO

Baxış sayı: 807 dəfə baxılıb.

Şəhid xanımından Türkiyəyə dəstək – VİDEO

Türkiyədə zəlzələdən zərərçəkənlərə ölkəmizin hər yerindən yardımlar davam
edir.

Mingəçevirdə şəhid Məhəmməd Osmanovun həyat yoldaşı Türkan Osmanova da qardaş
ölkəyə yardım göndərənlər sırasındadır.

O, yardım məntəqəsinə yaxınlaşaraq, şəhid həyat yoldaşının övladlarına aldığı
yeni geyimləri, isti paltarları, müəyyən qidaları təqdim edib.

Türkan Osmanova deyir ki, həyat yoldaşı Məhəmməd Osmanov türk ordusunu, türk
qardaşlarını çox sevib. Hər zaman yardımsevərliyi ilə diqqət çəkib.

Qeyd edək ki, şəhid Məhəmməd Osmanov Ağdaşın Ərəbocağı kəndində dünyaya gəlib.
Vətən müharibəsi başlayan gündən Tərtərin Suqovuşan kəndi istiqamətində
döyüşlərə qatılıb. Düşmənə sarsıdıcı zərbələr endirən Məhəmməd Osmanov
sentyabrın 28-də şəhadətə ucalıb.

Bir qız övladı onun üzünü görsə də, öz adını daşıdığı oğlu onun ölümündən
sonra dünyaya gəlib.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:


Source link