Şəhidin beşinci övladı doğuldu – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan
qəhrəmanımız Elvin Ağalar oğlu Qeybəliyevin övladı dünyaya gəlib.
Cixisyolu.com xəbər verir ki, Bakı şəhərində doğulan Məhəmmədəlinin zəruri xərcləri
“YAŞAT” Fondu tərəfindən qarşılanıb.
Bu məqsədlə 1 000 manat vəsait ananın hesabına köçürüləcək. Dünyaya yeni göz
açan körpənin adına isə depozit hesabı açılacaq və 5 000 manat vəsait onun
hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait fonda edilən ianələr hesabına
toplanmış məbləğdən köçürülür.
Şəhidin övladı bu vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18
yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.
Qeyd edək ki, şəhid Elvin Qeybəliyevin üzünü görə bilmədiyi Məhəmmədəlidən
başqa 4 övladı var. Kapitan Elvin Ağalar oğlu Qeybəliyev hərbi qulluq
vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə
“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.