Baku TV Vətən müharibəsi şəhidi Nahid Mikayılovun evindən reportaj hazırlayıb.
Ön xətdə düşmənlə üz-üzə döyüşən igidlərimizdən olan Nahid Mikayılovun həyat
yoldaşı Jalə Mikayılova onunla bağlı xatirələrini bölüşüb.
J.Mikayılova söyləyib ki, şəhidimizin ən böyük arzularından biri övladlarının
ali təhsil alması olub:
“Nahid 38 il ömür yaşadı. Bu ömrə sığdırmadığı hekayəsi qalmadı. Neçə dəfə
yuxuma girib – “yanınızdayam, uzağa getməmişəm”, – deyib.
Nahiddən sonrakı ilk ad günümdə yuxuda gördüm ki, stol ətrafına yığışıb onun
şəkillərinə baxırıq. Əlini kürəyimə vurub – “Jalə, mən səninlə fəxr edirəm”, –
dedi. Bu mənim üçün Nahidin ən böyük hədiyyəsi oldu”, – deyə o əlavə edib.
Şəhidin həyat yoldaşı onu da qeyd edib ki, həyat yoldaşının xatirəsini əbədi
yaşatmaq üçün kiçik övladının adını Nahid qoyub.
Daha ətraflı videosüjetdə:
övladlarının ali təhsil alması olub”
Şəhidin həyat yoldaşı: “Ən böyük arzularından biri övladlarının ali təhsil
alması olub”