a6737766-6e4f-434d-9272-2c1e811c3acf..jpg

Şəhidin həyat yoldaşı: “Səbuhi şəhid olduqdan yeddi gün sonra əkiz qızlarımız dünyaya gəldi” – VİDEO

Baxış sayı: 611 dəfə baxılıb.

Şəhidin həyat yoldaşı: “Səbuhi şəhid olduqdan yeddi gün sonra əkiz qızlarımız
dünyaya gəldi” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayında Azərbaycan Ordusunun keçirdiyi antiterror
tədbirlərində şəhid olan Səbuhi Əliyevin həyat yoldaşı Lalə Əliyeva onunla
bağlı xatirələrini bölüşüb.

O qeyd edib ki, Səbuhi şəhid olduqdan yeddi gün sonra əkiz qızları dünyaya
gəlib:

“Həkim müayinəsinə gedəndə necə keçdiyini soruşdu. Dedim, hər şey
qaydasındadır. “Birinin adı Nərgiz olsun” deyə yazdı”.

Şəhidin həyat yoldaşının sözlərinə görə, Vətən müharibəsi zamanı da Səbuhinin
şəhid xəbəri gəlib:

“Əvvəlcə şəklini paylaşdılar ki, yaralanıb. Sonra dedilər ki, şəhid olub. 15
gün sonra komandiri zəng vurdu ki, Səbuhi sağ-salamatdır”.

L.Əliyeva Səbuhi ilə son söhbətlərindən birindən bəhs edib:

“Gülə-gülə dedi ki, Lalə, bu dəfə ya əlim, ya ayağım olmayacaq. Dedim ki, təki
nəfəsin gəlsin”.

Ətraflı süjetdə:


Source link